Azərbaycanlı alpinist Elmira Aslanova Everest zirvəsinə qalxıb.
“Qafqazinfo” xəbər verir ki, o bu barədə feysbuk hesabında yazıb.
Həmçinin oxuyun: Синан Оган посетил могилу Мубариза Ибрагимова - Фото
Everest zirvəsinə qalxan ilk azərbaycanlı xanım kimi tarixə düşən E. Aslanova çox xoşbəxt olduğunu və özü ilə fəxr etdiyini bildirib:
“Everest – xəyallar gerçəkləşməlidir! Uzun müddətdir ardınca getdiyim, onu ağılasığmaz və real olmayacağını hesab edərək dəfələrlə rədd etdiyim xəyalım.
Hər dəqiqə bunun həqiqət olduğunu daha çox dərk edirəm, baxmayaraq ki, bütün bunları yaşadığma hələ də inana bilmirəm. Everest çox möhtəşəmdir!”
Qeyd edək ki, Everest yer kürəsində dəniz səviyyəsindən ən yüksək dağdır. Onun hündürlüyü 8 848 metrdir.



Son xəbərlər
Son Xəbərlər