Evindən 16 min manat oğurlandı - Yenilənib+Video

evinden-16-min-manat-ogurlandi
Oxunma sayı: 4914

Əməkdar artist Mətanət İsgəndərlinin bacısı Sədaqət İsgəndərlinin evi qarət olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Mətanət İsgəndərli “Xəzər TV”də qonaq olduğu verilişdə məlumat verib.

O, müğənniliklə məşğul olan bacısının evindən 16 min manat pul oğurlandığını və məsələ ilə bağlı polisə müraciət edildiyini əlavə edib.

***

Əldə etdiyimiz məlumata görə, evdən oğurluq olması ilə polisə daxil olan müraciət araşdırılıb.

Araşdırmalarla müəyyən olunub ki, evə kənar müdaxilə olmayıb. Şikayətçi pul vəsaitini tapdığını əsas gətirərək əlavə şikayət və tələbinin olmadığına dair ərizə verərək araşdırmanın dayandırılması üçün müraciət edib.