Əvvəl özünü “məsih” adlandırmışdı, indi isə cənnətlik olduğunu deyir

evvel-ozunu-mesih-adlandirmisdi-indi-ise-cennetlik-oldugunu-deyir
Oxunma sayı: 716

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda keçirilən ənənəvi Milli Dua Səhər Yeməyində (National Prayer Breakfast) çıxış edərkən dini baxışları və axirət həyatı barədə maraqlı fikirlər səsləndirib.

“Qafqazinfo” xəbər verir ki, Tramp çıxışına özünəməxsus zarafatla başlayaraq, cənnətə düşə bilməyəcəyinə dair eyham vurub.

Lakin medianın bu zarafatı ciddi qarşıladığını görən Prezident dərhal fikrinə aydınlıq gətirib:

“Sadəcə zarafat edirdim. Əslində, düşünürəm ki, sonda cənnətə düşəcəyəm”.

Ağ Ev rəhbəri özünü “ideal namizəd” hesab etməsə də, gördüyü işlərin ona bu yolu açacağına inandığını bildirib:

“Mən ideal namizəd deyiləm, amma insanlar üçün həddindən artıq yaxşılıqlar etmişəm. Bu dəqiqdir”.

Tramp xüsusilə Rusiya-Ukrayna müharibəsinin dayandırılması və sülh təşəbbüslərinin minlərlə insanın həyatını xilas edə biləcəyini, bunun isə mənəvi baxımdan ona böyük üstünlük qazandıracağını vurğulayıb.

Xatırladaq ki, D. Tramp 2024-cü ildəki sui-qəsd cəhdlərindən sonra dini inanca qarşı münasibətinin dəyişdiyini dəfələrlə qeyd edib. O, həmin hadisələrdən möcüzə nəticəsində sağ qaldığını və bunun Tanrının bir lütfü olduğunu bildirmişdi. Hətta ABŞ lideri özünü Yer üzünə göndərilən növbəti “məsih” adlandırmışdı.