FAB boyaları məktəblilərin gözü ilə - Fotolar

fab-boyalari-mekteblilerin-gozu-ile
Oxunma sayı: 209

Mayın 6-da Xəzər Universiteti Dünya məktəbinin bir qrup şagirdi Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam-pedaqoq Aybəniz Şahvəladovanın rəhbərliyi ilə FAB Şirkətlər Qrupunun qonağı olub. 

Budəfəki ekskursiya məktəblilərin FAB boyalarına həsr etdikləri rəsmlərin təqdimatı ilə yadda qalıb.

Şagirdlər ilk olaraq şirkətin istehsal sahələri ilə yaxından tanış olub, məhsulların hazırlanma prosesini izləyiblər. Onlara FAB Akademiyasının keyfiyyətə nəzarət laboratoriyalarında aparılan sınaq və təcrübələr barədə ətraflı məlumat verilib. Daha sonra tədbir FAB Akademiyasının konfrans zalında davam edib. Burada şagirdlərin FAB boyalarına həsr olunmuş rəsm əsərləri nümayiş etdirilib.

Şagirdlərin yaradıcılıq işləri maraqla qarşılanıb. Tədbir çərçivəsində iştirakçılar FAB Şirkətlər Qrupunun fəaliyyəti haqqında videoçarxı izləyiblər. FAB Şirkətlər Qrupunun Marketinq Departamentinin rəhbəri Nərmin Əliyeva bu cür layihələrin uşaqların yaradıcılıq potensialının inkişafında mühüm rol oynadığını bildirib. Qeyd olunub ki, məktəblilərin sənətə və istehsal prosesinə maraq göstərməsi sevindirici haldır.

Bu cür layihələr şagirdlərin yaradıcı düşüncə tərzinin formalaşmasına, yerli istehsal müəssisələri ilə yaxından tanış olmasına müsbət təsir göstərir. Onların gələcək peşə seçimləri barədə daha geniş təsəvvür formalaşdırmalarına töhfə verir.

Tədbirin sonunda FAB Şirkətlər Qrupunun gənc sahibkarları, Marketinq Departamentinin rəhbəri Nərmin Əliyeva, Biznes Sistemləri və Logistika üzrə rəhbər Səfər Əliyev və Cəfər Əliyev tərəfindən şagirdlərə fəxri fərmanlar, hədiyyələr təqdim olunub. Tədbir xoş əhvali-ruhiyyədə başa çatıb.