Məkkə yaxınlığında PUA vurulduğunu açıqladı

mekke-yaxinliginda-pua-vuruldugunu-aciqladi
Oxunma sayı: 317

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın hava hücumundan müdafiə qüvvələri Məkkə şəhəri yaxınlığında pilotsuz uçuş aparatını (PUA) vurub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə koalisiyanın sözçüsü, general-mayor Türki əl-Maliki “X” sosial şəbəkəsində məlumat verib.

“Hava hücumundan müdafiə qüvvələri Məkkə yaxınlığında bir PUA-nı ələ keçirib”, - o yazıb.

Digər tərəfdən, Yəmənin “Ənsar Allah” (Husi) hərəkatının sözçüsü Yəhya Səri “X” platformasında bildirib ki, husilər Səudiyyə Ərəbistanı ərazisinə heç bir zərbə endirməyiblər. O, koalisiyanın bu iddiasını rədd edib.