Federasiya prezidenti koronavirusdan sağaldı

federasiya-prezidenti-koronavirusdan-sagaldi
Oxunma sayı: 1391

Serbiya Futbol Federasiyasının prezidenti Slavişa Kokeza koronavirusdan xilas olub.

 “Qafqazinfo” xəbər verir ki, federasiyanın həkimlər komissiyasının rəhbəri Milko Ristiç onun sağaldığını və evə buraxılacağını deyib.

Xatırladaq ki, 42 yaşlı funksioner martın 13-də COVID-19-a yoluxmuşdu.