“Fənərbaxça” 1/8 finalda

fenerbaxca-18-finalda
Oxunma sayı: 2637

“Fənərbaxça” UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyununa çıxıb.

“Qafqazinfo” xəbər verir ki, doğma meydanda “Anderlext”i darmadağın edən “Fənərbaxça” (3:0) səfər matçına bir qədər rahat çıxıb. 

Joze Mourinyonun yetirmələri İstanbulda ətdə etdikləri avantajı qoruyub saxlayıblar.

Qarşılaşma 2:2 hesablı bərabərliklə nəticələnib. Bununla da, “Fənərbaxça” 1/8 finala yüksəlib.