“Fənərbaxça” onu transfer etdi

fenerbaxca-onu-transfer-etdi
Oxunma sayı: 2977

“Fənərbaxça” qış transfer pəncərəsində ilk transferini gerçəkləşdirib.

“Qafqazinfo” xəbər verir ki, İstanbul nəhəngi “Samsunspor”un niderlandlı futbolçusu Entoni Musaba ilə 4,5 illik müqaviləyə imza atıb.

Bu transfer “Fənərbaxça”ya 5 milyon avroya başa gəlib.

Qeyd edək ki, 25 yaşlı vinger bu mövsüm “Samsunspor”la çıxdığı 22 rəsmi matçda 6 qol və 4 asistlə yadda qalıb.