Heydər Əliyev Sarayının sabiq direktoru, "Şöhrət" ordenli Əməkdar mədəniyyət işçisi Fərhad Babayev vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə AZƏRTAC-a mərhumun yaxınları məlumat verib.
Qeyd edək ki, o, 1989-cu ildən 2020-ci ilə qədər Heydər Əliyev Sarayının direktoru vəzifəsində çalışıb. F. Babayev ölkə başçısının müvafiq sərəncamları ilə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb və "Şöhrət" ordeni ilə təltif edilib.
Son xəbərlər
Son Xəbərlər