Fərhad Paşayev vəfat etdi - Yenilənib

ferhad-pasayev-vefat-etdi
Oxunma sayı: 2147

Əməkdar mədəniyyət işçisi, uzun illər Ağdam “Şur” ansamblının bədii rəhbəri olmuş tarzən Fərhad Paşayev vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Jurnalist Səadət Məmmədova isə feysbuk hesabında bildirib ki, F.Paşayev 1 aydan sonra Ağdama köçəcəkmiş: “Ömür cəmi bir ay vəfa etsəydi, Fərhad müəllim Ağdama köçəcəkdi. O qədər həvəslə gözləyirdi köçəcəyi günü...”

***

F. Paşayev bu gün Ağdam rayon Quzanlı qəbiristanlığında dəfn ediləcək.