Mingəçevir şəhər icra və probasiya şöbəsinə rəis təyinatı olub.
“Qafqazinfo” xəbər verir ki, ədliyyə naziri Fərid Əhmədovun müvafiq Əmri ilə bu vəzifə müvəqqəti olaraq Asif Hüseynova həvalə edilib.
Məlumat üçün bildirək ki, A.Hüseynov 2016-cı ildə ədliyyə orqanlarında qulluğa qəbul olaraq Tovuz rayon icra və probasiya şöbəsində icra məmuru, 2022-ci ildən böyük icra məmuru vəzifəsində işləyib. 2025-ci ildə isə Şəmkir şəhər icra və probasiya şöbəsində böyük icra məmuru təyin edilib.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər