Fethiyedə meşə yanğını şəhər mərkəzinə yaxınlaşır - Foto-Video

fethiyede-mese-yangini-seher-merkezine-yaxinlasir
Oxunma sayı: 454

Muğlanın Fethiye rayonunun Karagedik məhəlləsində axşam saatlarında başlayan meşə yanğını şəhər mərkəzinə yaxınlaşıb.

“Qafqazinfo” “Milliyet”ə istinadən xəbər verir ki, şiddətli küləyin təsiri ilə sürətlə yayılan alovlara müdaxilə etmək üçün əraziyə çoxlu sayda havadan və karadan söndürmə briqadaları cəlb olunub.

Məlumata görə, yerli vaxtla saat 19:30 radələrində başlayan yanğın səbəbindən ehtiyat tədbiri olaraq Fethiye Qocalar Evi və ərazidəki bir çox evlər təxliyə edilib. Şiddətli külək səbəbindən tez-tez istiqamətini dəyişən alovlar bəzi evlərə də keçib.

Türkiyə Meşə Baş İdarəsindən verilən son açıqlamada həm Fethiyedəki, həm də Köyceğizdə yanacaq tankerinin partlaması nəticəsində başlayan yanğının böyük ölçüdə nəzarət altına alındığı qeyd olunub.

Muğla Valiliyi isə təhlükəsizlik məqsədilə yanğın baş verən əraziyə yaxın olan yolların mülki nəqliyyatın hərəkəti üçün müvəqqəti bağlandığını bəyan edib.