Fransa Hərbi Hava Qüvvələrinə məxsus iki təyyarə qəzaya uğrayıb.
“Qafqazinfo” “L'Est Republicain” qəzetinə istinadən xəbər verir ki, hadisə Mört və Mozel departamentində baş verib.
Xilasetmə əməliyyatı başlayıb.
Göyərtədə insan sayı və xəsarət alanlar barədə məlumat yoxdur.
***
Fransız hərbi təyyarələri havada toqquşub.
“Qafqazinfo” xəbər verir ki, bu haqda ölkənin müdafiə naziri Sebastian Lekornu “X” hesabında yazıb.
Onun sözlərinə görə, toqquşan iki hərbi təyyarədə pilotlardan biri özünü havadan atıb.
Azı bir pilot və bir sərnişin isə itkin düşüb:
“Pilotlardan biri tapılıb, araşdırmalar hələ də davam edir. Silahlı qüvvələrə kömək etmək üçün yerli əməliyyat mərkəzi işə salınıb, xahiş edirik ki, ərazidən uzaq durasınız”.
Son xəbərlər
Son Xəbərlər