Fransada bu şəxslərə sosial media qadağası olacaq

fransada-bu-sexslere-sosial-media-qadagasi-olacaq
Oxunma sayı: 217

Fransada sentyabr ayında başlayacaq yeni tədris ilindən etibarən 15 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələrdən istifadə qadağan ediləcək.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Fransa Prezidenti Emmanuel Makron “X” platformasında paylaşıb.

Makron qeyd edib ki, bununla bağlı qanun qəbul olunub:

“Mən söz vermişdim və artıq qanun qəbul edilib. Yeni tədris ilinin əvvəlindən 15 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələr qadağan olunacaq. Parlament üzvlərinə təşəkkür edirəm. İndi isə Konstitusiya Şurasının qərarını gözləyirik. Bundan sonra bu tədbirin həyata keçirilməsi və uşaqların internetdə qorunması üçün konkret addımlar atılacaq”.

Qeyd edək ki, bu qanun daha əvvəl bir neçə ölkədə - Türkiyə, Avstraliya, Çexiya, BƏƏ, Norveçdə qəbul olunub.