Gələn il evlənəcəklər

gelen-il-evlenecekler
Oxunma sayı: 334

Məşhur model Gigi Hadid və aktyor-rejissor Bredli Kuper evlənəcəklər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Daily Mail” nəşri yayıb.

Bildirilib ki, Kuper Gigi Hadidin anası Yolanda Hadidlə görüşərək, evlilik təklifi etmək üçün ondan rəsmi icazə alıb. Eyni zamanda aktyor bu planını öz anası ilə də bölüşüb.

Məlumata görə, onların gələn il ailə qurmaq istəməsinin ən mühüm səbəbi övladlarıdır. 2023-cü ilin oktyabrından bərabər olan cütlük uşaqlarını birlikdə böyütmək niyyətindədirlər.

Xatırladaq ki, Gigi Hadidin müğənni Zeyn Maliklə olan münasibətindən 5 yaşlı Xay adlı oğlu, Bredli Kuperin isə model İrina Şeykdən 8 yaşlı Lea adlı qızı var.