“Gəmilər NATO raketləri ilə vurulub” - Stoltenberq

gemiler-nato-raketleri-ile-vurulub
Oxunma sayı: 4497

“Rusiya Qara dəniz Donanmasının gəmilərinə endirilən Ukraynanın zərbələri NATO-nun təchiz etdiyi raketlərlə həyata keçirilib”.

“Qafqazinfo” xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

“Ukraynanın Rusiya Qara dəniz Donanmasının gəmilərinə zərbələri NATO ölkələri tərəfindən təchiz edilmiş “Scalp” və “Storm Shadow” raketləri ilə həyata keçirilib və bu, Kiyevə raket təchizatının artırılmasının vacibliyini təsdiqləyir”, - Stoltenberq bildirib.