Ölkədə ingilis dilinin tədrisi üzrə ilkə imza atan müəssisə fəaliyyətə başlayıb.
Belə ki, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Dillər Universitetinin sabiq müəllimi, Dövlət İmtahan Mərkəzinin sabiq eksperti, “Təhsilin Ulduzu” mükafatı laureatı Günay Məmmədova ingilis dilinin tələffüzü, aksent xüsusiyyətləri tədrisində London standartlarını ölkəmizdə “Ustadım” təhsil brendi adı altında uğurla tətbiq edən ilk mütəxəssisdir. “Ustadım” Tələbə Uğur Mərkəzinin aksent mütəxəssisləri Günay Məmmədova və Səmayə Müslümzadə “University College London”da ingilis dilinin fonetikasını tədris edən dünyaca məşhur aksent mütəxəssisi, ELTONS mükafatı sahibi Lyuk Nikolsandan dərslər alaraq bilik və bacarıqlarını London standartları səviyyəsinə çatdırıblar.
“Qafqazinfo” Günay Məmmədova və Səmayə Müslümzadə ilə müsahibəni təqdim edir:
- Günay xanım, xarici dildə gözəl tələffüzə sahib olmağın üstünlükləri nələrdir?
- Bu suala öz iş təcrübəmin əsasında cavab vermək istərdim. 12 il Azərbaycan Dillər Universitetində İngilis dilinin fonetikası kafedrasında ingilis dilinin tələffüz qaydalarını tədris etmişəm və tələbələrimə daim təbliğ etdiyim bir fikir olub: gözəl səslənən bir cümlənizlə bütün taleyinizi mükəmmələ doğru dəyişə bilərsiz, odur ki, gözəl nitqə sahib olun. Gözəl nitq həmişə bütün qapıları üzümüzə açır. Öz təcrübəmdən deyə bilərəm ki, fəaliyyət göstərdiyim universitetdə yeganə müəllim idim ki, ingilis dilinin həm amerikan, həm britaniya aksentində səlis danışırdım. Elə laborantlıqdan müəllimliyə yüksəlişi də ingilis dilində qurduğum 3 cümlə ilə qazanmışam: Mən Günay Məmmədova, Qrammatika kafedrasında laborant olaraq işləyirəm və Xəzər Universitetinin magistr tələbəsiyəm”. Rektor Səməd Seyidov 2011-ci ildə attestasiya təşkil etmişdi və bu 3 cümləni heç bitirməmiş dayandırdı və birbaşa gözəl tələffüzümə görə mənə Fonetika kafedrasında tam ştatlıq yer ayrılması tapşırığını verdi. Hətta, üzünü kafedra rəhbərinə tutub “bu kadr niyə laborantdır, bu kadr başqa yerə getməmiş özümüzküləşdirək onu, laborant qalması ayıbdır” dedi. Rektorun bu jesti bütün universitetə səs salmışdı, hamı bu haldan danışırdı. 2018-ci ildə ingilis dilindəki səlis tələffüzümə görə DİM tərəfindən əməkdaşlıq təklifi almışdım. Hazırda abituryentlər mənim ingiliscə səsləndirdiyim listeninq mətnlərlə universitet imtahanlarına hazırlaşırlar. Tələbələrimi dərsdə daim bu istiqamətdə motivasiya etdiyimə görə isə Elm və Təhsil Nazirliyi tərəfindən 2021-ci ildə “Təhsilin Ulduzu” adına layiq görüldüm.
- Fəaliyyətinizlə tanış olduqda anlamaq olur ki, “Ustadım” təhsil brendi ölkədə 2 ildir fəaliyyətə başlayıb, bu az müddətdə bir neçə sahədə ölkə üzrə ilklərə imza atıb. Bunlardan biri də “İngilis dilində eşitmə və tələffüz” kursudur. Bu tip kurslar ölkədə bloqçu müəllimlər tərəfindən təklif olunur. Sizin təklif etdiyiniz kurslarla maraqlandıqda sizin bir fərqinizi və üstünlüyünüzü kəşf etdik. İstərdik bu barədə özünüz danışasız.
- 2023-cü ildə universitetdə fəaliyyətimi dayandırıb öz şəxsi təhsil brendimi yaratmağa nail oldum. Bizim fərqimiz və üstünlüyümüz ondan ibarətdir ki, biz bu kursu akademik bazada tədris edirik. Partnyorum Səmayə xanım və mən bakalavr təhsilimizi sırf bu istiqamətdə almışıq və tələffüzün elmi əsaslarını bilirik. Bununla da kifayətlənmədik, bu işi Londonun dünyaca məşhur fonetika müəllimi Lyuk Nikolsondan dərslər alaraq kamilləşdirdik. Fikrimi başqa cür ifadə etsəm, bu işi biz yutubdan deyil, universitetdə öyrənmişik. Bu gün artıq ölkənin ilk beynəlxalqdərəcəli aksent mütəxəssisiyik və ölkədə bu işi akademik bazada və eyni zamanda London standartlarında təşkil edən ilk təhsil brendiyik.
Fotoda: Səmayə Müslümzadə
- Səmayə xanım, ingilis dilində danışan insanların nitqində ən çox hansı səhvlər olur və siz bu səhvləri necə cilalayırsız?
- İngilis dilində danışanlar adətən bizim dilin səs sistemini ingilis dilinə köçürürlər, çünki hər dildə səslər ağızda fərqli məxrəcdə tələffüz olunur. Əgər ingilis sözünü Azərbaycan dilinin səs məxrəci ilə tələffüz edərsək, bu sözün tamamilə başqa məna verməsinə səbəb olacaq, bu da tərəflər arasında anlaşılmazlığa gətirib çıxaracaq. Azərbaycanlılar isə ən çox diftonq səsləri düzgün tələffüz etmir. Diftonq səslər qoşa səslərdir və bizim dildə mövcud deyildir deyə insanlar onu monoftonqla, yəni tək səslə tələffüz edirlər, bu da təbii ki, bir ingilis kimi səslənmənin qarşısını alır. Misal üçün: sadə “no” sözü “nou” tələfffüz olunmalıdır, lakin dil öyrənənlər bu sözü tək səsli saitlə “no” deyə tələffüz edirlər. Kurs intensivdir və 21 gündən ibarətdir. 21 gün ərzində Günay xanım və mənə müraciət edən istənilən kateqoriyadan insanlarla intensiv məşqlər edirik, elə 1-ci həftədən onlar öz nitqlərindəki müsbət dəyişikliyi hiss edirlər. Hətta bir universitet müəllimi tələbəmiz olmuşdu və bildirdi ki, “Günay xanım, evdə ingilis dilini bilməyən qayınanam belə nitqimin gözəlləşdiyini hiss edib, “Günel, sanki sən əvvəlki kimi danışmırsan artıq, daha yaxşı danışırsan” dedi. Kurs ingilis dili müəllimlərinə, beynəlxalq bizneslə məşğul olan iş adamlarına, jurnalistlərə, beynəlxalq konfranslarda iştirak edən tədqiqatçı alimlərə, Dillər Universitetinin tərcümə və ingilis dili fakültəsinin tələbələrinə, ingilis dili biznesini qurmaq istəyən müəllimlərə təklif olunur.
- İngilis dili müəllimlərinə bu sahə ilə bağlı nə tövsiyyələr verə bilərsiz?
- “Böyük Qayıdış”a dəstək məqsədilə 1 il Zəngilan rayonu Ağalı kənd məktəbində ingilis dili dərsini tədris etdim. 45 dəqiqəlik dərsin 5 dəqiqəsini sırf gözəl tələffüz məşqlərinə sərf edirdim. Əlbəttə ki, qalan 40 dəqiqədə yenə də nitqlərindəki səhvlər üzərində çalışırdım. Çox sevindirici haldır ki, kəndə çoxlu xarici nümayəndələr, eyni zamanda Bakının məşhur məktəblərindən qonaqlar gəlirdi və şagirdlərlə ingilis dilində söhbət zamanı nitqlərindəki bu fərqi hiss edirdilər və buna necə nail olduğumu soruşurdular. Tövsiyəm, zənnimcə, təcrübəmdən gətirdiyim misal ilə müəllimlərə aydındır.