Biləsuvarın bu kəndlərində işıq olmayacaq

bilesuvarin-bu-kendlerinde-isiq-olmayacaq
Oxunma sayı: 188

Biləsuvar rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.

Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 35 kV-luq “Səmədabad” hava xəttində bu gün təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 11:00-dək Nərimankənd və Səmədabad qəsəbələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.