Gəncədə 30 yaşlı qadın bıçaqlandı - Şübhəli əridir+Yenilənib

gencede-30-yasli-qadin-bicaqlandi
Oxunma sayı: 1259

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, 1993-cü il təvəllüdlü Esmira Məhərrəmova bıçaq yarası ilə xəstəxanaya çatdırılıb.

Qadına tibbi yardım göstərilib.

İlkin məlumata görə, 30 yaşlı qadını bıçaqlamaqda əri şübhəli bilinir.

***

DİN-in regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 35 yaşlı Məhəmməd Məhərrəmov saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev