Gəncədə 35 yaşlı kişi bıçaqlandı

gencede-35-yasli-kisi-bicaqlandi
Oxunma sayı: 211

Gəncədə 35 yaşlı kişi bıçaqlanıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin “Naxalovka” adlanan yaşayış massivində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Sadiq Əsədov bıçaq yarası ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Yaralı əməliyyat olunub, vəziyyəti orta-ağırdır.

35 yaşlı şəxsin kim və hansı şəraitdə bıçaqlandığı araşdırılır.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma başlanılıb.

Yunis Quliyev