Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü - Yenilənib

gencede-5-ayliq-usaq-xestexanada-oldu
Oxunma sayı: 747

Gəncə Birləşmiş Uşaq Xəstəxanasında 5 aylıq körpə vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, Gədəbəy rayon sakini 2026-cı il təvəllüdlü X. Məmmədova ağır vəziyyətdə tibb müəssisəsinə yerləşdirilib.

Təxminən 20 dəqiqə sonra körpə vəfat edib.

Faktla bağlı araşdırma başlanılıb.

***

Gəncə Şəhər Birləşmiş Xəstəxanasından bildirilib ki, 2026-cı il təvəllüdlü azyaşlı (qadın cinsli) valideynləri tərəfindən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Uşaq Xəstəxanasına gətirilib.

Uşaq təcili yardım şöbəsində müayinə olunub, lakin həkiməqədər ölüm faktı qeydə alınıb.

Yunis Quliyev