Gəncədə 61 yaşlı kişini maşın vurdu

gencede-61-yasli-kisini-masin-vurdu
Oxunma sayı: 244

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şadlıq saraylarının birinin qarşısında qeydə alınıb.

Belə ki, 1965-ci il təvəllüdlü Cəmil Cəfərovu avtomobil vurub. O, xəstəxanalardan birinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Məlumat üçün bildirək ki, müxtəlif bədən xəsarətləri alan piyada birinci Qarabağ müharibəsi qazisidir.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev