Gəncədə “Chevrolet” yük maşını ilə toqquşdu - Yaralı var+Video

gencede-chevrolet-yuk-masini-ile-toqqusdu
Oxunma sayı: 605

Gəncədə bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Atatürk prospekti ilə Ş.İ.Xətai prospektinin kəsişməsində qeydə alınıb.

Belə ki, “Chevrolet” markalı minik avtomobili “TIR” markalı yük maşını ilə toqquşub.

İlkin məlumata görə, xəsarət alan şəxs xanım sürücüdür.

Faktla bağlı arşadırma başlanılıb.

***

Xəsarət alan qadın sürücünün şəxsiyyəti məlum olub.

Belə ki, qəza zamanı yaralanan şəxs şəhər sakini 1994-cü il təvəllüdlü Leyla Şadimanpurdur.

Yunis Quliyev