Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, qəza Yeni Gəncə yaşayış massivində qeydə alınıb.
Belə ki, Çin istehsalı olan avtomobillə yolu keçmək istəyən piyada vurulub.
Xəsarət alan Anar Sadiqov ağır vəziyyətdə xəstəxanalardan birinə aparılsa da həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma başlanılıb.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər