Gəncədə yataqxana binasında yanğın olub - Video

gencede-yataqxana-binasinda-yangin-olub
Oxunma sayı: 1416

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Gəncə şəhərinin “Atatürk” prospektində yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

“Qafqazinfo” məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində ilkin məlumata əsasən eyvanda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in qüvvələri tərəfindən mənzillərdən 16 nəfər sakin təxliyə olunub.