Goranboyda iki maşın toqquşdu - Yaralılar var

goranboyda-iki-masin-toqqusdu
Oxunma sayı: 197

Goranboy rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən qəza olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində  2001-ci il təvəllüdlü İsmayıl Namazov, 1965-ci il təvəllüdlü Suruş Məmmədova və 1962-ci il təvəllüdlü Sarif Məmmədov müxtəlif bədən xəsarətləri alıblar.

Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb. Qəza yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev