Goranboyda maşın qəzaya düşdü, iki nəfər öldü - Biri zabitdir - Foto

goranboyda-masin-qezaya-dusdu-iki-nefer-oldu
Oxunma sayı: 4474

Goranboy rayonunda iki nəfərin ölümu ilə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Goranboy rayonunun Borsunlu kəndi ərazisində qeydə alınıb.

İlkin ehtimala görə, hadisəyə “KİA” markalı avtomobilin aşması səbəb olub. Sürücü Zəfər Cəfərovun idarə etdiyi avtomobilin aşması ilə özü və polis mayoru olan dostu Ceyhun Axundov həyatını itirib.

Yunis Quliyev