Göyçayda çaya yıxılan 57 yaşlı kişi xilas edildi - Foto

goycayda-caya-yixilan-57-yasli-kisi-xilas-edildi
Oxunma sayı: 455

Göyçayda çaya yıxılan 57 yaşlı kişi xilas edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar “112” qaynar telefon xəttinə Göyçay çayının rayonun Potulu kəndindən keçən hissəsində vətəndaşın çaya yıxılaraq təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində vətəndaş, 1969-cu il təvəllüdlü Məmmədov Gündüz Şükür oğlu sudan çıxarılıb xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.