Göydən bomba yağarkən prezident gəzməyə çıxdı - Fotolar - Video

goyden-bomba-yagarken-prezident-gezmeye-cixdi
Oxunma sayı: 1572

İranın ABŞ və İsrailin hücumlarına cavab olaraq Birləşmiş Ərəb Əmirliklərinin Dubay və Əbu-Dabi şəhərlərinə raket hücumları həyata keçirdiyi bir vaxtda BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ticarət mərkəzində görüntülənib.

“Qafqazinfo” xəbər verir ki, Prezident bir müddət ticarət mərkəzində gəzib, restoranda qəhvə içib, vətəndaşlarla söhbət edib və şəkil çəkdirib.

Prezidentin gəzintisinin təhlükəsizliyin təmin edildiyini göstərmək məqsədi daşıdığı bildirilir.

Qeyd edək ki, İran raket və dronlarla ABŞ və İsrail bazalarının yerləşdiyi Körfəz ölkələrini hədəf alaraq cavab əməliyyatlarını davam etdirir. Son iki gündə ABŞ bazalarından başqa, bir neçə strateji yer də zərbə alıb. Vəziyyətin gərgin olduğu bölgədə dağıntılar və partlayışlar yerli sakinlər arasında narahatlıq yaradıb.