Mədəniyyət Nazirliyi və Kəlbəcər rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə dünən Kəlbəcərdə keçirilən Şəhər Günü tədbirləri konsert proqramı ilə davam edib.
“Qafqazinfo” xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub.
Sonra Prezidentin xüsusi nümayəndəsi Bəşir Hacıyev çıxış edərək şəhər sakinlərini və tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. O, Kəlbəcərin zəngin tarixi-mədəni irsindən, işğaldan azad edildikdən sonra rayonda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən söz açıb.
Daha sonra səhnə incəsənət nümayəndələrinin ixtiyarına verilib.
Konsert proqramında Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının instrumental ansamblı və teatrın solistləri – Xalq artisti Gülyaz Məmmədova, həmçinin Taleh Yəhyayev, Aynur İsgəndərli, Fəxri Kazım-Nicat, Rövşən Qəhrəmanov və Azad Şabanov çıxış ediblər.
Konsertdə Polad Bülbüloğlunun “Azərbaycan”, “Sənə qurban”, Oqtay Kazıminin “Qaytar eşqimi”, Faiq Sücəddinovun “Günah sənin özündədir”, Üzeyir Hacıbəylinin “Çırpınırdı Qara dəniz”, Fikrət Əmirovun “Azərbaycan elləri”, Elza İbrahimovanın “Ey Vətən”, Müslüm Maqomayevin “Azərbaycan”, Tofiq Quliyevin “Qayınana” filmindən popuri və digər nəğmələr səsləndirilib.
Konsertdən sonra atəşfəşanlıq olub.









Son xəbərlər
Son Xəbərlər