Dünyaca məşhur boksçu Mayk Tayson Türkiyədə yayımlanan “Tuzlu kahve” serialında qonaq olub.
“Qafqazinfo” xəbər verir ki, artıq serialın gələn həftə yayımlanacaq bölüm anonsunda əfsanəvi boksçunun rol aldığı səhnə öz əksini tapıb.
Gözlənilməz addımları və vaxtilə yayımlanmış seriallardan xatırlatmaları ilə hər kəsi təəccübləndirən layihənin 13-cü bölüm treyleri Taysona görə daha çox diqqət çəkib. Belə ki, o, serialda Buğra Gülsoyun canlandırdığı Mehmetin Amerikadan gələn dostu obrazına həyat verib və Aydınoğulları ailəsində səhər yeməyində qonaq olub.
Qeyd edək ki, layihədə Nebahat Çevre, Binnur Kaya, Settar Tanrıöğen, Hatice Aslan, Şevval Sam, Eda Ece, Enis Arıkan, Yasemin Ergene, Sarp Apark, Ceren Moray kimi məşhur simalar yer alıb.
Son xəbərlər
Son Xəbərlər