Dubaydan gətirdiyi 160 minlik brilyantı gömrükdən keçirmək istədi - Foto

dubaydan-getirdiyi-160-minlik-brilyanti-gomrukden-kecirmek-istedi
Oxunma sayı: 650

Gömrük nəzarətindən gizlədilən qızıl-zinət əşyaları aşkar edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

“Dubay-Bakı aviareysi ilə gələn Hindistan Respublikası vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Yoxlama nəticəsində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gömrük nəzarətindən gizlədilən, 750 əyar 79,27 qram qızıl və 57,779 karat brilyantdan hazırlanan ümumi dəyəri 166 min 610 manat təşkil edən iki ədəd boyunbağı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır”, - məlumatda qeyd edilib.