Göygöldə qadın öldürüldü - Əri saxlanıldı

goygolde-qadin-olduruldu
Oxunma sayı: 966

Göygölün Üçtəpə kəndində qətl törədilib.

“Qafqazinfo” xəbər verir ki, Gəncə şəhər sakini Mehriban Quliyeva öldürülüb.

Onun qətlində əri, 1985-ci il təvəllüdlü Mətləb Quluyev şübhəli bilinir.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma başlanılıb.

***

Polis əməkdaşının keçirdikləri müvafiq tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən 41 yaşlı Mətləb Quliyev saxlanılaraq istintaqa təhvil verilib.

Yunis Quliyev