Göygöldə yük və minik maşınları toqquşdu - Yeniyetmə yaralandı

goygolde-yuk-ve-minik-masinlari-toqqusdu
Oxunma sayı: 377

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Üç Təpə kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, “VAZ 21-07” markalı avtomobillə yük maşını toqquşub.

Qəza zamanı 16 yaşlı yeniyətmə T. Babakişiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev