Göygöl rayonunun Bəhrambağ qəsəbəsi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz inşa edilən tikili sökülüb.
“Qafqazinfo” xəbər verir ki, monitorinqlər Göygöl Rayon İcra Hakimiyyəti yanında tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılmış komissiyanın üzvlərinin, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, Əmlak Məsələləri Dövlət Komitəsinin Gəncə ərazi şöbəsinin, hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə aparılıb.
Aparılan monitorinqlərin bundan sonra da mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulur.


Son xəbərlər
Son Xəbərlər