“Gözəl oğlansan” dedikləri qızı seçdi - Tünzalə ağladı

gozel-oglansan-dedikleri-qizi-secdi
Oxunma sayı: 13181

Ötən gün yayımlanan “Səs Azərbaycan” layihəsinin “Döyüşlər” mərhələsi maraqlı məqamlarla yadda qalıb.

“Qafqazinfo”nun məlumatına görə, Tünzalə Ağayevanın komandasında yarışan Ləman Dadaşovayla rəqibi Nailə İsmatulina “Feeling good” mahnısını ifa edib.

Hər iki ifaçının çıxışı münsiflər və tamaşaçılar tərəfindən bəyənilib.

Birinci mərhələdə hər kəsi geyim tərzi ilə təəccübləndirən  Ləman fərqli obrazda tamaşaçı qarşısına çıxıb.

Münsiflərdən Faiq Ağayev iştirakçının geyiminə münasibət bildirib. Xalq artisti Ləmana bu geyimin ona rahat olub-olmamağı barədə sual ünvanlayıb.

Ləman isə sadəcə ayaqqabılarının rahat olduğunu bildirib.

Daha sonra qrup rəhbəri Tünzalə Ağayeva göz yaşlarını saxlaya bilməyib. Əməkdar artist Ləmanın ən maraqlı iştirakçılardan biri olduğunu vurğulayıb.

İfaçı hər iki iştirakçı arasında seçim etməyin çətin olduğunu qeyd edib. Tünzalə Ağayevanın seçimi Ləman Dadaşova olub.

Qeyd edək ki, birinci mərhələdə ifası ilə Tünzalə Ağayeva və Faiq Ağayevi özünə tərəf döndürən Ləman adlı iştirakçı görünüşü ilə münsifləri təəccübləndirmişdi. Manana iştirakçıya “Sən nə gözəl oğlansan” dedikdən sonra ifaçının qız olduğu məlum olmuşdu.

Təəccübünü gizlədə bilməyən münsiflər iştirakçının səsinə və görünüşünə görə oğlan olduğunu düşündüklərini qeyd etmişdilər.