Güləşçimiz Avropa çempionu oldu

gulescimiz-avropa-cempionu-oldu
Oxunma sayı: 1739

Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

“Qafqazinfo” xəbər verir ki, Meşvildişvili final görüşündə son saniyədə işlətdiyi 4 xallıq fəndlə gürcüstanlı Solomon Manaşviliyə (7:7) qalib gələrək Avropa çempionu olub.

Bu, Azərbaycan millisinin yarışdakı ilk qızıl medalıdır.

Qeyd edək ki, daha əvvəl güləşçilərimizdən İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc, Osman Nurməhəmmədov (92 kq) isə gümüş medala sahib çıxıblar.