Sabirabadda yeni doğulan körpə ölüb.
“Qafqazinfo” xəbər verir ki, aprelin 21-i saat 13 radələrində İmişli sakini 2005-ci il təvəllüdlü Samirə Səxavət qızı Mirzəyeva doğuş üçün rayon mərkəzi xəstəxanasına müraciət edib.
Lakin S.Mirzəyevanın dünyaya gətirdiyi uşaq ölüb.
Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.
***
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, 2005-ci il təvəllüdlü şəxs aprelin 21-i saat 13:00 radələrində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzə hospitalizasiya olunub.
30 həftəlik hamilə olan pasiyentin vaxtından əvvəl doğuşu baş tutub. Ağır vəziyyətdə doğulan körpənin cinsi kişi, çəkisi 1 kq. 800 qr. olub.
Küvəz rejimində müalicəsi davam etdirilən yenidoğulmuş CPAP rejimində respirator dəstək alıb. Aparılan reanimasiya tədbirlərə baxmayaraq, yenidoğulmuşun hemodinamikasını bərpa etmək mümkün olmayıb və aprelin 21-i saat 21:00 radələrində ölüm faktı qeydə alınıb.