Rusiya Silahlı Qüvvələri Kiyevə kütləvi raket hücumu həyata keçirib.
“Qafqazinfo” UNIAN-a istinadən xəbər verir ki, hadisə nəticəsində 9 nəfər həlak olub.
Qeyd olunub ki, hava zərbələri zamanı daha 63 nəfər xəsarət alıb, onlardan 6-sı uşaqdır. Xəsarət alanların 42 nəfəri xəstəxanaya yerləşdirilib.
“Yaşayış binalarında dağıntılar olub. Dağıntılar altında qalan insanların axtarışı davam edir”, - məlumatda bildirilir.