Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti terror təşkilatı ilə əlbir olmaqda şübhəli bilinən 2 nəfəri saxlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Gürcüstan DTX yayıb.
Məlumata görə, həmin şəxslərin evində aparılan axtarış zamanı silah-sursat, elektron avadanlıqlar, nağd pul və onların beynəlxalq terror qruplaşması ilə mümkün əlaqələrini göstərən digər sübutlar aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər 10 ildən 18 ilədək azadlıqdan məhrum edilə bilərlər.