Gürcüstanda ova gedən 83 yaşlı azərbaycanlının meyiti tapıldı - Foto

gurcustanda-ova-geden-83-yasli-azerbaycanlinin-meyiti-tapildi
Oxunma sayı: 1245

Gürcüstanın Marneuli bələdiyyəsinin ərazisində itkin düşən azərbaycanlının meyiti tapılıb.

“Qafqazinfo” yerli mediaya istinadən xəbər verir ki, yanvarın 18-i Qızılhacılı kəndində ov məqsədilə evdən çıxaraq dağlıq əraziyə yollanan 83 yaşlı Fəhrəd Namazov itkin düşüb.

Bu gün səhər saatlarında yerli sakinlərin apardığı axtarışlar nəticəsində onun meyiti tapılıb.

Araşdırma aparılır.