Gürcüstanın yeni Baş naziri o oldu - Yenilənib

gurcustanin-yeni-bas-naziri-o-oldu
Oxunma sayı: 5330

Gürcüstan parlamenti İrakli Kobaxidzenin ölkənin Baş naziri təyin edilməsinə razılıq verib.

“Qafqazinfo” xəbər verir ki, parlamentin iclası qanunverici orqanın saytında yayımlanıb.

Gürcüstan parlamentinin deputatları səs çoxluğu ilə Kobaxidzenin rəhbərlik etdiyi hökumətin tərkibinə, eləcə də hökumət proqramına etimad göstərilməsi haqqında qətnaməni dəstəkləyiblər.

Kobaxidzenin və onun təmsil etdiyi Nazirlər Kabinetinin namizədliyinin lehinə 84 deputat, əleyhinə 10 deputat səs verib.

Qeyd edək ki, yeni hökumətə etimad göstərmək üçün 150 deputatdan 76-nın səsi lazım idi.

***

Gürcüstan Prezidenti Salome Zurabişvili İrakli Kobaxidzenin Baş nazir təyin edilməsi haqqında Fərman imzalayıb.