Gürcüstanla Ermənistan arasında koronavirus qalmaqalı

gurcustanla-ermenistan-arasinda-koronavirus-qalmaqali
Oxunma sayı: 3221

Gürcüstan tərəfi yeni növ koronavirus infeksiyasına yoluxma hallarının sayını gizlətmir. “Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən bildirir ki, bunu Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının müalicə hissəsinin rəhbəri Marina Ezuqbaya Ermənistanın Səhiyyə nazirinin açıqlamasını şərh edərkən deyib.

“Bütün məlumatlar doğrudur, biz heç bir yoluxma halını gizlətmirik. Xəstələrin sayı 728-dir və kimsə bundan şübhələnirsə, mən bilmirəm. Mənim fikrim əhəmiyyətli deyil, həqiqət birdir - 728 təsdiqlənmiş xəstəmiz var, faktları gizlətmək elə bu mövzuda danışmaq kimi mənasızdır”, - Ezuqbaya bildirib.

Xatırladaq ki, Ermənistanın Səhiyyə naziri Arsen Torosyan daha əvvəl bildirmişdi ki, Gürcüstanın epidemiyaya qarşı sistemi və səhiyyəsi Ermənistankından fərqlənir, özü də yaxşı tərəfdən yox. Nazir, həmçinin bildirmişdi ki, Ermənistan statistikanı şəffaf təqdim edir.

Qeyd edək ki, ən son məlumatlara görə, Ermənistanda 6 302 nəfərdə koronavrirus aşkarlanıb. Onlardan 77-si vəfat edib, 2 936-sı sağalıb. 3 289 pasiyentin müalicəsi davam etdirilir. Gürcüstanda isə 728 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 12-si vəfat edib, 509-u sağalıb. 207 pasiyentin müalicəsi davam etdirilir.