Hacıqabulda açıq ərazidə yanğın baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək.
***
Yanğınla bağlı polis əməkdaşları da əraziyə cəlb olunublar. Hazırda hadisənin qarşısının alınması məqsədi ilə tədbirlər görülür.
Son xəbərlər
Son Xəbərlər