İran mediası ölkənin cənubunda yerləşən Sirik şəhərində, Bəndər-Abbasda, eləcə də, Qəşm və Cask adaları ətrafında partlayış səslərinin eşidildiyini bildirib.
“Qafqazinfo” xəbər verir ki, hadisənin səbəbi və mümkün nəticələri barədə hələlik rəsmi açıqlama verilməyib.
Yerli mənbələr partlayışların eşidildiyini təsdiqləsələr də, onların hansı obyektləri hədəf aldığı məlum deyil.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bəyan edib ki, ABŞ-yə məxsus “Apache” hücum helikopterinin vurulmasına cavab olaraq İran hədəflərinə qarşı əməliyyatlara start verilib: “Dünən ABŞ-nin “Apache” hərbi helikopterinin vurulmasına cavab olaraq, Baş Komandan Donald Trampın göstərişi ilə bu gün saat 17:00-da (ABŞ Şərq vaxtı ilə) İrana qarşı qanuni özünümüdafiə əməliyyatlarına başlanılıb. Bu əməliyyat İranın təcavüzkar hərəkətlərinə mütənasib cavabdır”.
Son xəbərlər
Son Xəbərlər