Hakan Fidan HƏMAS lideri ilə görüşdü

hakan-fidan-hemas-lideri-ile-gorusdu
Oxunma sayı: 278

Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan HƏMAS Siyasi Bürosunun rəhbəri seçilən Xəlil əl-Həyyə və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.

“Qafqazinfo” “TRT Haber”ə istinadla xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı Xəlil əl-Həyyə Qəzza və İordan çayının qərb sahilindəki son vəziyyət barədə məlumat verib.

Türkiyə XİN rəhbəri isə Ankaranın Qəzza sülh prosesini dəstəkləməkdə davam edəcəyini və bu prosesdə HƏMAS-ın oynadığı rolu təqdir etdiyini diqqətə çatdırıb.

Görüşdə həmçinin digər regional məsələlər də ətraflı müzakirə olunub.