Hakan Fidan Mirzoyanla bir arada

hakan-fidan-mirzoyanla-bir-arada
Oxunma sayı: 1854

Ermənistanın xarici işlər naziri Ararat Mirzоyan Valettada (Malta) türkiyəli həmkarı Hakan Fidan və ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Mirzoyanın Maltada ATƏT XİN Şurasının iclası çərçivəsində ABŞ dövlət katibi Entoni Blinkenlə də qısa müddətli görüş keçirdiyi qeyd olunub.

Görüş barədə təfərrüatlar açıqlanmayıb.

O da qeyd olunub ki, Mirzoyan, həmçinin Almaniya, Avstriya, Lüksemburq, Ukrayna, Niderland və Andorranın XİN başçıları ilə də görüşüb.