Hakim “Real”ın bu qolunu saymadı

hakim-realin-bu-qolunu-saymadi
Oxunma sayı: 2689

“Real Madrid” – “Valensiya” matçı zamanı gözlənilməz hal yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, hakim Xesus Gil Manzano “Real Madrid”in yarımmüdafiəçisi Jude Bellinqhemin qol vurmasından bir neçə saniyə sonra final fitini çalıb və qolu hesaba almayıb.

Belə ki, Bellinqhem qola icazə verməmək qərarı ilə razılaşmayıb və qırmızı vərəqə alıb. Manzano protokolda futbolçunun ona “aqressiv və qışqıraraq” yaxınlaşdığını yazıb.

Valensiyada baş tutan görüş 2:2 hesabı ilə başa çatıb.