Oktyabrın 22-nə keçən gecə Abşeron rayonu, Saray qəsəbəsində həyat yoldaşı, 1995-ci il təvəllüdlü Səidə Nəmətovanı qətlə yetirən Vüqar Nəmətov hadisə vaxtı 7 yaşlı qızına da ağır xəsarət yetiribmiş.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1994-cü il təvəllüdlü Vüqar Nəmətov hadisə vaxtı dəmir boru ilə həyat yoldaşı ilə birgə 2015-ci il təvəllüdlü qızını da amansızlıqla döyüb. Qızını qorumağa çalışan, hamilə vəziyyətində olan Səidə Nəmətova aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Xəbəri rus dilində oxuyun: Вугар, убивший беременную жену, смертельно ранил 7-летнюю дочь
Həmçinin oxuyun: Анара Асадлы вызывали в “Бандотдел” за мошенничество?
Onun 7 yaşlı qızı Gülər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Azyaşlığın vəziyyətinin indi də ağır olduğu bildirilir.
Qeyd edək ki, V.Nəmətov artıq saxlanılıb və onun barəsində cinayət işi açılıb.
***
22.10.2022-ci il tarixdə saat 00:09 Abşeron Rayon Polis İdarəsinin Saray Polis bölməsindən qətl hadisəsilə bağlı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına məlumat daxil olub.
Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, həkim briqadası hadisə yerinə yaxınlaşaraq qadının (ananın) ölüm faktını təsdiqləyib: “Ağır vəziyyətdə olan qız uşağı isə tibb müəssisələrindən birinə yerləşdirilib. Pasiyentə bütün zəruri tibbi xidmətlər göstərilib və hazırda müalicəsinə davam edilir. Vəziyyəti qənaətbəxş qiymətləndirilir”.
Son xəbərlər
Son Xəbərlər