Harris Baydenin ölümünə hazırlaşırmış...

harris-baydenin-olumune-hazirlasirmis
Oxunma sayı: 2691

ABŞ-nin keçmiş vitse-prezidenti Kamala Harrisin sabiq dövlət başçısı Cozef Baydenin qəfil ölümünə hazırlaşdığı üzə çıxıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Fox News” telekanalı “Mübarizə: Ağ Ev üçün ən vəhşi döyüşün içərisində” kitabına istinadən məlumat yayıb.

Bildirilib ki, kitab “William Morrow and Company” tərəfindən nəşr edilib. Onun müəllifləri “NBC News” və “The Hill”in siyasi jurnalistləri Conatan Allen və Emi Parnesdir.

Mətndə deyilir ki, ölkənin vitse-prezidentinin keçmiş kommunikasiyalar direktoru Camal Simmons sabiq ABŞ lideri qəflətən dünyasını dəyişərsə, Kamala Harrisin əməl etməli olduğu bütöv bir strategiya hazırlayıb. 

Müəlliflərin fikrincə, Simmons Harrisə dövlət başçısı kimi and içə biləcək federal hakimlərin ehtiyat siyahısını da tərtib edib.